Accessibility links

Xarici tələbələr ABŞ-da təhsil alaca biləcəkmi?


Xarici tələbələr ABŞ-da təhsil ala biləcəkmi?
please wait

No media source currently available

0:00 0:04:27 0:00

ABŞ-da şagirlərin məktəblərə, tələbələrin isə universitetlərə geri dönüb-dönməyəcəyi bəlli deyil. Lakin vəziyyət beynəlxalq tələbələr üçün daha acınacaqlıdır.

Paytaxt Vaşinqtonun Katolik Universitetinin tələbəsi, rusiyalı Liza Britova viza alsa, avqustda Amerikaya gəlməyi planlaşdırır.

“Hazırda ABŞ-ın Moskvadakı konsulluğu vizalara baxır. Uçuş stüardessalarından başqa, hər cür vizalara baxılır. Tələbə vizaları müsahibələr tələb etdiyi üçün viza almaq mümkün deyil. Müsahibələrin nə zaman bərpa ediləcəyini bilmirik.”

Ukraynalı tələbə Oliksi Antonyuk Yeyl Universitetinə qəbul edilib. Təhsilinə payızda başlamalıdır. Lakin o da viza məsələsi ilə üzləşib.

“Viza müsahibəm iyulun 8-nə təyin edilmişdi. Lakin iyunun ortalarında pandemiya səbəbi ilə vaxtı dəyişdirilmişdi. Açılışlar avqustun 3-dən başlayır. Mən 4-nə yazılmışam.”

Antonyuk Ukraynanın Qlobal Tələbə Proqramının məzunudur. Onun ABŞ-dakı təhsili pulsuzdur. Bu proqram istedadlı tələbələri təhsil vəsaiti ilə təmin edir. 2020-ci ildə belə tələbələrin sayı 31 nəfərdir. Əgər viza ala bilməsələr onlar birlikdə 7 milyon dollar itirmiş olacaqlar.

“COVID pandemiyası ilə əvvəllər üzləşilmədiyi üçün universitetlər qərarlarını nəzərdən keçirməli olub. Tələbələrə təhsil xərclərini saxlamağa və gələn tədris ilində bu vəsaitdən istifadə etmək imkanı yaradılmışdı. Lakin son təcrübələrdən məlum olub ki, viza almayanlar bu pulu itirə bilər ” - deyə, Ukraynanın Qlobal Tələbə Proqramının həmtəsisçisi Yuliya Lemeş bildirib.

Daha bir mühüm məsələ təhslin formatıdır. Əgər universitetlər yalnız onlayn dərslər keçirəcəksə tələbələrə viza verilməyəcək. Bu qərarı ABŞ-ın Mühacirət və Gömrük idarəsi verib.

“Tələbələr vizaya müraciət etməzdən əvvəl tədris ocaqlarından İ-20 anketi almalıdırlar. Həmin anketlə viza təsasiatlarına getməlidirlər. Beləliklə, istinad etdiyiniz son elana görə bu, viza sənədlərini verən qurumlara I-20 forması şəklində təlimat verir, məktəblər şəxsi görüşlərlə hibrid və ya özəl dərslər təklif edir”, Beynəlxalq Təhsil Assosiasiyası-NAFSA-dan Coann Nq Hartmann bildirib.

Bu qərar ötən ildən vizası olan tələbələrə də şamil edilir. Əgər onların universitetləri tam şəkildə onlayn tədrisinə keçsə, bu tələbələr ABŞ-ı tərk etməlidir.

Harvard və MİT Universitetləri artıq Tramp administrasiyasını məhkəməyə verib. Tələbələr isə evdə deyil, tələbə düşərgələrində qalmaqla onlayn dərslərin daha faydalı olduğunu düşünür.

“Vaxt fərqi var. Çünki dərslər ya səhər, ya da axşam keçirilir. Bu isə Moskvada gecə yarısı və gecə 2 deməkdir. Bu mənə əl vermir” - deyə, Liza Britova bildirib.

“Yeyldə düşərgə həyatı nəzərə alınmalıdır. Bu, təhsilin mühüm bir hissəsidir. Əgər professoru şəxsən görmək istəyirsinizsə, bu sizə yaxınlıqdakı düşərgələrdə olmaqla yardım edə bilər”, Oleksi Antonyuk deyib.

“Əgər gözləmək istəyirsinizsə və onlayn dərs imkanınız varsa, əgər bu sizi qane edirsə, mən sizi buna təşviq edirəm. Hər yer açıldıqdan sonra buraya gəlib özünüz bunu təcrübə edə bilərsiniz”, NAFSA-dan Coann Nq Hartmann bildirib.

Universitetlər isə bir əl əvvəl olduğu kimi çoxsaylı tələbələri görmək istədiklərini bildirir. Eyni zamanda onlar dünyanın müxtəlif bölgələrində vəziyyətin ağırlığına görə onlayn tədris proqramlarını təkmilləşdirir.

Hər il ABŞ-a bir milyonda artıq xarici tələbə gəlir. Əvvəllər onların ABŞ iqtisadiyyatına verdiyi töhvə 41 milyon dollarla ölçülürdü.

XS
SM
MD
LG