Accessibility links

ABŞ-da daxili terrorizm qanunu niyə mövcud deyil


ABŞ-da yanvarın 6-da Kapitoli binasına hücumdan sonra ölkədə yeni bir daxili terrorizm qanununa ehtiyac olub-olmadığı siyasətçilər arasında üzunmüddətli bir müzakirə mövzusuna çevrilib. Bir çoxları mövcud qanunda daxili terrorizmi cinayət hesab edən müstəqil bir qanunun olmamasını əsnək boşluq hesab edir.

ABŞ-da qanun xarici terror təşkilatına “maddi dəstək” verməyi cinayət sayır, yerli terrorçular tərəfindən törədilən ayrı-ayrı hərəkətlər qanunsuz ola bilsə də, daxili terrorizmi federal cinayət hesab edən qanun yoxdur.

İndi 6 yanvar qiyamından sonra zorakılıqlarda qismən iştirak edən ifrat sağçı qrupların üzvləri günahlandırılarkən yeni daxili terror qanununun tərəfdarları artıq hərəkətə keçmək vaxtının gəldiyini deyir.

Lakin belə bir qanun vətəndaş hüquqları qruplarının kəskin tənqidlərinə səbəb olub.

Hətta Konqresin mülki azadlıqlarla bağlı narahatlığını ifadə edən bəzi üzvləri də buna qarşı çıxış edir.

Tənqidçilər daxili terrorizmlə bağlı bir çox qanunun artıq mövcud olduğunu deyir.

Onlar arasında Konqresin proqressiv üzvü Aleksandria Okasio-Kortez də yer alır. O, Nümayəndələr Palatasının daxili terror qanununu müzakirəyə çıxaran panelin sədr müavinidir.

“Yanvarın 6-dakı problem bizim qanunlar, resurslar və ya kəşfiyyatımızın olmaması demək deyil. Bunların hamısı var. Lakin bunlardan istifadə edilimir” - deyə, Okasio-Kortez bildirib.

Hazırkı federal qanun terrorizmi cinayət hesab edir.

Buraya ABŞ-da “insan həyatı üçün təhlükə”, “mülki əhalini qorxutmaq və ya məcbur etmək”, dövlət siyasətini “qorxutmaq və ya məcbur etməklə” təsir etmək və ya “hökumətin davranışına təsir etmək” kütləvi qırğın, sui-qəsd və ya adam qaçırma kimi cinayət əməlləri daxildir.

2020-ci il prezidentlik kampaniyası zamanı Co Bayden “daxili terror qanunu üçün çalışacağına” söz verib. Kapitoliyə hücumdan sonra Bayden hücumçuları “qiyamçılar” və “yerli terrorçular” kimi xarakterizə etmişdi.

İnaqurasiya mərasimi zamanı Bayden siyasi ekstremizm, ağların üstünlüyünün də daxili terrorizm kimi məğlub ediləcəyini demişdi.

Lakin indi prezident kimi Bayden yerli terrorçu kimi kimin xarakterizə ediləcəyi və hüquq mühafizə orqanlarının hansına səlahiyyət veriləcəyi ilə bağlı problemlərlə üzləşib.

XS
SM
MD
LG