Accessibility links

Amerika və Türkiyə diplomatları iki ölkə arasında gərginliyin azaldılmasına çalışır


ABŞ dövlət katibinin yardımçısının başçılığı ilə Birləşmiş Ştatların yüksək səviyyəli nümayəndə heyəti iki ölkə arasında gərginliyin azaldılması məqsədilə çərşənbə günü Türkiyənin yüksək səviyyəli diplomatları ilə görüşüb. Diplomatik böhran bu ayın əvvəli Türkiyədəki ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun terrorizm ittihamları ilə həbsindən sonra başlayaraq, vizaların verilməsi prosesinə sanksiyaların qoyulması ilə nəticələnib.

“Mən inanıram ki, bu problem yaxın zamanlarda həll olunacaq”, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın televiziyada müsahibəsində deyib.

Danışıqlar prosesinin yüngülləşdirilməsinə işarə olaraq ABŞ nümayəndə heyətinin İstanbula səfərindən əvvəl Türkiyə rəsmiləri Topuzun həyat yoldaşı və oğlunu həsbdən azad edib, lakin onlara qarşı ittihamlar hələ qalır.

İkitərəfli münasibətlərdə gərginliyin aradan qaldırılması ABŞ prezidenti Donald Trampın Türkiyənin qonşusu olan İranla bağlı kəskin mövqeyinin təsdiqi kimi qarşılana bilər.

Region üzrə təhlilçilərin fikrincə, Tramp İranın regionda nüfuzunun artmasının qarşısının alınmasına çalışır.

Vaşinqtonun Suriyada İŞİD-ə qarşı mübarizədə kürdlərin hərbi dəstələri olan YPG-yə dəstəyi Ankara tərəfindən qəzəblə qarşılanır. YPG cihadçıların Suriyada özlərinin paytaxt elan etdiyi Rəqqanın azad edilməsində rol oynayıb. Lakin Ankara YPG-ni Türkiyə hökumətinə qarşı silahlı mübarizə aparan və həm Vaşinqton, həm də Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK ilə əlaqəsi olmaqda ittiham edir.

Türkiyə hökuməti YPG-ni onun sərhədlərində müstəqil dövlət yaratmağa çalışmaqda günahlandırır. Rəsmi Ankara bunun ölkədəki kürd əhalinin eyni tələblərlə çıxış edə bilməsindən ehtiyat edir.

XS
SM
MD
LG