Accessibility links

Ərdoğan: Amerika bir səfirə görə Türkiyə kimi strateji tərəfdaşını fəda etdi


Türkiyə prezidenti ABŞ-ın diplomatik qarşıdurmaya görə iki müttəfiq ölkə arasındakı münasibətləri “fəda etdiyini” deyib.

"Amerikanın bir səfir üçün Türkiyə kimi strateji tərəfdaşını fəda etməsi qəbuledilməzdir,” deyə Ərdoğan bu həftə missiyasını bitirib Əfqanıstana səfir vəzifəsinə yola düşən Con Bassı nəzərdə tutaraq bildirib.

Türkiyə prezidenti ABŞ səfirliyinin saxlanılan əməkdaşlarını casusluqda ittiham edib.

Amerikanın bir səfir üçün Türkiyə kimi strateji tərəfdaşını fəda etməsi qəbuledilməzdir.

Daha sonra o, həbsləri müdafiə edib. Prezident deyib ki, heç bir ölkə beynəlxalq təhlükəyə səbəb olan casusları qəbul etməz.

Türkiyə höküməti ABŞ konsulluğunun 2 əməkdaşını həbs edib. Onlar keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı törədilmiş çevriliş cəhdinə görə məsuliyyət daşıdığı iddia olunan terrorist şəbəkənin aparıcı üzvləri ilə müntəzəm olaraq ünsiyyət qurmaqda ittiham edilib.

Türkiyə vətəndaşlarına ABŞ-a viza verilməsi dayandırılıb.
Türkiyə vətəndaşlarına ABŞ-a viza verilməsi dayandırılıb.

Öz növbəsində Vaşinqton öz səfiri Con Bassı və konsulluğun əməkdaşlarını müdafiə edib.

ABŞ-ın Ankaradakı səfirliyinin verdiyi məlumata görə, ABŞ Türkiyədən olan bütün qeyri-immiqrant viza müraciətlərini müvəqqəti olaraq dayandırıb.

Bir neçə saat sonra Türkiyə də öz növbəsində bəyanat verərək, ABŞ vətəndaşlarının Türkiyəyə viza müraciətlərini dayandırdığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG