Accessibility links

Yanlış fərziyyələr amerikalılar arasında uçurum yaradırmı?


ABŞ-da hazırda heç vaxt görünməmiş qədər parçalanma olduğu güman edilə bilər. Belə ki, amerikalılar fərqli baxışlara malik olan insanlar haqda təhrif olunmuş təəssürata malikdir.

“Demokratlar və respublikaçılar digər tərəfi dəstəkləyən ekstrim baxışlı insanları demək olar ki, 2 dəfə artıq əhmiyyəy verirlər”- deyə, More in Common araşdırma mərkəzinin direktoru Daniel Yudkin bildirib.

Məsələn, respublikaçıların 85 faizi mühacirətə nəzarət edilməsinin Amerikanın xeyrinə olacağını deyir. Lakin demokratlar inanır ki, respublikaçıların yarısı onlarla razıdır.

Eyni zamanda respublikaçılar demokratların yarısının “polislərin çoxunun pis insan” olduğuna dair fikri dəstəklədiyini düşünür.

More in Common mərkəzinin son hesabatında deyilir ki, bu uçurumu hər iki tərəfin ekstremist baxışlı insanları yaradıb. Belə ki, bu insanlar sosial və ənənəvi mediada olduqca fəaldır.

Bu saxta fərziyyələr amerikalılar üçün zərərlidir, çünki yanlış təsəvvürlər nə qədər çox olsa, insanlar qarşı tərəfin insanlarına nifrət, beyinləri yuyulmuş və ya cahil kimi baxmağa başlayır. Bu mənfi cəhətlər müxalif siyasi baxışları olan amerikalıların dialoq qurmasını çətinləşdirir”, Daniel Yudkin bildirib.

İnsanlar rəqib seçicilərin qərəzli fikirləri haqda xəbərlər dinləmək tendensiyasına meyillidir.

Hesabatda deyilir ki, mühafizəakarlar və liberallar öz fikirlərinə zidd xəbərlərdən istifadə edərkən digərləri haqqında daha az yalan və ya şişirdilmiş fərziyyələr irəli sürürlər.

Və nəyahət amerikalılar düşündüklərindən daha az parçalanmaya malikdir. Qavrayış uçurumunun azaldılmasına uçurumun nə qədər geniş və ya dar olduğunu anlamaqla mümkün ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG