Accessibility links

ABŞ Ukraynada təlimlərini genişləndirir


Obama administrasiyası Ukraynanın şərqində Rusiyapərəst separatçılara qarşı döyüşən Ukrayna təhlükəsizlik qüvvələrinə təlimləri genişləndirir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner məlumat verib: "Bu, ABŞ Avropa Ordusu tərəfindən həyata keçirilən kiçik təlim Ukrayna Müdafiə Nazirliyinin personalının daxili müdafiə qabiliyyətini gücləndirməyə kömək məqsədi daşıyır. Açığı bu, bizim keçən mart ayında bəyan etdiyimiz Milli Qvardiyanın davam edən təlimi ilə oxşardır".

Sözçü bildirib ki, yeni təlimlər Ukraynanın Qərbində Polşa ilə sərhəd bolgədə baş tutacaq.

Onun sözlərinə görə, ABŞ hazırda Ukraynan qeyri-letal yardımı davam etdirir və Kiyevin silahla təmin olunması planı yoxdur.

XS
SM
MD
LG