Accessibility links

Türkiyəli "Yaşıl Kart" qalibi özünün Amerika xəyalını yaşayır [Video]


Türkiyəli "Yaşıl Kart" qalibi özünün Amerika xəyalını yaşayır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Türkiyəli "Yaşıl Kart" qalibi özünün Amerika xəyalını yaşayır

dostlarından biri “Yaşıl kart” lotereyasına müraciət edərkən Vural üçün də müraciət etməyə qərar verir. Nəticədə onun dostu lotereyada qalib gəlməsə də, Vural “Yaşıl Kart” alanlar siyahısına düşür. 22 yaşlı Vural 2007-ci ildə Nyu Yorka gəlir və bir neçə il fərqli işlərdə işləməyə başlayır.

2011-ci ildə El Pasoya gələn Vural kompüter oyunları satmağa başlayır. Ancaq onun əsas arzusu burada türk restoranı açmaq idi. Beləliklə, keçən ilin iyun ayında onu arzusu reallaşır.

“Yaşıl Kart” lotereyası hər il təxminən 50 min təsadüfi insana ABŞ-da yaşamaq və işləmək imkanı yaradan proqramdır. Proqrama müraciət edən şəxsin mütləq orta məktəb təhsili və ya 2 illik iş təcrübəsi olmalıdır. Son 5 ildə ABŞ-a 50 mindən çox insan göndərən ölkələr isə proqramda iştirak haqlarını itirir.

Prezident Donald Trampın sözlərinə görə, lotereya proqramının davam etdirilməsi ABŞ-ın milli təhlükəsizliyinə zərərdir. O lotereya proqramı vasitəsilə ABŞ-da yaşayan özbəkistanlı Sayfullo Sayipovun 2017-ci ilin oktyabr ayında Nyu Yorkda avtomobili mülki vətəndaşların üzərinə sürərək 8 nəfərin öldürməsi hadisəsini buna misal olaraq göstərir.

Ancaq Şahin Vural üçün lotereya proqramı ona arzusunda olduqlarından da artığını reallaşdırmaq imkanı yaradıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG