Accessibility links

Təhlükəsizlik və iqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan dialoqu keçiriləcək


Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq

Müzakirələr gələn həftə Vaşinqtonda olacaq

ABŞ və Azərbaycan gələn həftə Vaşinqtonda təhlükəsizlik və iqtisadi əməkdaşlıq üzrə dialoq keçirəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqə istinadən Trend agentliyi məlumat yayıb.
"Biz bu məsələlər üzrə müntəzəm müzakirələr aparırıq və mən səbirsizliklə Vaşinqtonda gələn həftə bizim hökumətlərimiz arasında keçiriləcək dialoqu gözləyirəm. Azərbaycan və Amerika Birləşmiş Ştatları hökumətlərinin hər iki nümayəndə heyətləri bu məsələlər üzrə toplaşıb birlikdə fikir mübadiləsi aparacq" - Sterlinq bildirib.
Adam Sterling ABŞ nümayəndə heyətinin tərkibini dəqiqləşdirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG