Accessibility links

Azərbaycanın bir qrup ictimai təmsilçisi Amerikada dinin rolunu öyrənir


Amerika dindarları
Amerika dindarları

İctimaiyyətin təmsilçiləri Amerikada beynəlxalq liderlik proqramı çərçivəsində görüşlər keçirəcək

Azərbaycan ictimaiyyətinin bir qrup təmsilçisi “ABŞ-da dinin rolu” mövzusunda beynəlxalq liderlik proqramında iştirak etmək üçün Amerikaya gedib. Qrupa vəkil Anar Qasımlı, Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova, İctimai Televiziyanın əməkdaşı Elmar Əbilov, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi Saleh Kazımov, ərəbşünas alim Emil Rəhimov daxildir.
Vəkil Anar Qasımlı avqustun 27-də “Media forum” saytına deyib ki, proqram çərçivəsində ABŞ-ın müxtəlif ştatlarında olacaq, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklər.
Qrup 20 gün ABŞ-da olacaq: “İlk rəsmi görüşlərimiz bu gündən başlayır. ABS Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri bürosunun məmuru Naomi Feygenbaumla bir araya gələcəyik. Daha sonra “PEW FORUM”da “ABŞ-da dini qruplar və dini münasibət” mövzusunda mühazirə dinləyəcəyik”.
XS
SM
MD
LG