Accessibility links

Amerikanın Azərbaycana “silah satmaması”na aydınlıq gətirilib


Adam Sterlinq
Adam Sterlinq

“ABŞ-ın bir özəl şirkəti Dövlət Departamentinə təqdim etdiyi siyahıdan Azərbaycanın adını çıxarıb”.

Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq ABŞ-ın Azərbaycana silah satışına qadağa qoyması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
O bildirib ki, ABŞ-da özəl şirkətlər başqa dövlətlərə müdafiə avadanlığı satması üçün Dövlət Departamentindən lisenziya almalıdır və silahı satdıqları ölkələrin siyahısını təqdim edirlər.
“ABŞ-ın bir özəl şirkəti Dövlət Departamentinə təqdim etdiyi sözü gedən siyahıdan Azərbaycanın adını çıxarıb”.
Müvəqqəti işlər vəkili şirkətin adını açıqlamayıb.
O deyib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq uzun müddətdir davam edir.
Cənab Sterlinq deyib ki, bu sahədə ABŞ və Azərbaycan arasında heç bir dəyişiklik baş verməyib.
”BŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur”. Bu bəyanatla isə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
”Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur», - deyə cənab Həsənov APA agentliyinə vurğulayıb.
XS
SM
MD
LG