Accessibility links

Bakıda Amerika təhsil sərgisi keçiriləcək


Amerikada təhsil_logo
Amerikada təhsil_logo

Sərgidə 25 dan çox universitet və təhsil proqramları təmsil olunacaq

Mayın 11-də Bakı şəhərində ABŞ-Azərbaycan Təhsil Mərkəzində
Amerika səfirliyi və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçiriləcək.

Amerika səfirliyinin məlumatına görə, insanları tədbirin məqsədi ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlərin azərbaycanlı və əcnəbi məzunları azərbaycanlı tələbələr, şagirdlər və eləcə də valideynlərlə görüşüb, onları maraqlandıran suallara cavab verəcəklər.

ABŞ Universitetlərinin məzunları sərgi iştirakçılarını lazımı material və bukletlərlə təmin edəcəklər.

Sərgidə 25 dan çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.
XS
SM
MD
LG