Accessibility links

Amerikada ekspress fitness populyarlaşır


Amerikada ekspress fitness populyarlaşır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Birləşmiş Ştatlarda ekspress fitness getdikcə populyarlaşmağa başlayıb, çünki insanlar məşğul günlük proqramlarına idmanı da daxil etməyə çalışır. Onlara yardım etmək üçün isə, idman zalları qısa vaxtda edilə biləcək bütün bədən üçün nəzərdə tutulan idman proqramları hazırlayır.

“Vaxtım yoxdur” – bu, insanların idmandan uzaq qalmaları üçün irəli sürdükləri əsas bəhanədir.

Bu 25 dəqiqəlik qısa bir dərsdir. Mən bir saat içində, nahar etdikdən sonra bura gəlib, ürək döyüntümü sürətləndirib, tərləyərək bədənimdən bütün toksinləri atıb, daha duş alıb, işə geri dönə bilərəm
Skott Andriola

Bu səbəbdən də ABŞ-da idman zalları 20, 25 və ya 30 dəqiqə davam edən yüksək intensivliyi olan interval idman proqramları təklif edir və bu ekspress fitness proqramları məşğul iş və sosial həyatlarına idmanı daxil etməyə çalışan insanlar arasında populyarlaşmağa başlayır.

“Bu 25 dəqiqəlik qısa bir dərsdir. Mən bir saat içində, nahar etdikdən sonra bura gəlib, ürək döyüntümü sürətləndirib, tərləyərək bədənimdən bütün toksinləri atıb, daha duş alıb, işə geri dönə bilərəm”- deyə, Skott Andriola bildirir.

Amerika İdman Tibbi Kollecinin dünya boyu fitness trendləri ilə bağlı apardığı sorğuda HIIT kimi tanınan yüksək intensivliyi olan interval idmanı birinci yeri tutub.

“Artıq gündə 2-3 saat idman etmək trendi yoxdur, ona görə də insanlar daha qısa vaxtda edə biləcəkləri yüksək intensivliyi olan idmanlara üstünlük verirlər. Ona görə də, biz 25 dəqiqəlik ekspres HIIT proqramlar təşkil edirik”, Attitude Fitness idman zalının baş meneceri Kristi Sallivan söyləyir.

Fiziki terapevt Con Kaufmanının sözlərinə görə, əksər insanlar bu yüksək intensivliyi olan idmanları etməyə hazırdır, amma onun məqsədini də başa düşməlidirlər.

“İdmanın əsas hissəsi 10 və ya 20 dəqiqəlik intervaldan ibarətdir ki, siz o intervalda artıq yorulursuz. Daha sonra 30 saniyəyədək ara versiniz sonra yenə davam edirsiniz. Burada məqsəd mümkün qədər intensiv idman edib, daha sonra bədəninə dincəlməyə imkan verməkdir”, o deyir.

Los Ancelesdə yerləşən Lagree Fitness Studiosunda da ard-arda keçirilən 25 dəqiqəlik bu dərslərə böyük tələbat var. Orada xüsusi hazırlanmış Supraformer adlı avadanlıq var ki, bu avadanlıq pilates reformerindən ilhamlanaraq hazırlanıb. Avadanlıq təlimçinin iPadi ilə idarə olunur.

“Bu, daha öncə gördüyünüz hər şeydən fərqlidir. Bu yuxarı qalxır, aşağı düşür, sağa-sola çevilir. Bəs bunun faydası nədir? Siz heç yoxuş qalxmısız? Bu da onun kimidir, amma o idmanın daha intensiv versiyasıdır”, idman təlimçisi Tay Kukarola söyləyir.

Fitness
Fitness

İdmanla məşğul olan Ceki Kohenka bu idman növünün işlədiyini deyir.

“Mən görürəm ki, bu idman qarın nahiyəsin və bədənin arxa hissəsindəki əzələləri möhkəmləndirir, piyi əridir və çox ruhlandırıcıdır. Belə ki, daha çox bu idmandan etmək istəyirsən. Mən bunu həftədə yeddi dəfə edə bilərəm”, o deyir.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti bildirir ki, hər həftə yalnız üç nəfərdən biri fiziki baxımdan məsləhət görüldüyü qədər aktiv olur.

XS
SM
MD
LG