Accessibility links

Amerikada seçkilər: Mit Romni ABŞ tarixində ilk mormon prezident ola bilər


Amerikada seçkilər: Mit Romni ABŞ tarixində ilk mormon prezident ola bilər
Amerikada seçkilər: Mit Romni ABŞ tarixində ilk mormon prezident ola bilər

Siyasi təhlilçilər gələn il keçiriləcək seçkilərdə Respublikaçılar partiyasından Romninin namizədlər arasında öndə gedəcəyini təxmin edir

Birləşmiş Ştatlarda aparılan rəy sorğuları prezidentliyə namizədliyini irəli sürənlər arasında Massaçutses ştatının qubernatoru Mit Romni Gorgia ştatından biznesmen Horman Çeyndən irəlidə olduğunu göstərib. Siyasi təhlilçilərin çoxu gələn il keçiriləcək seçkilərdə Respublikaçılar partiyasından Romninin namizədlər arasında öndə gedəcəyini təxmin edir. Lakin o, dini baxışlarını müdafiə etməli olacaq.

Mit Romni mormon kilsəsinin rəsmi üzvüdür. Mormon dini xristian dini olsa da və xristianların müqəddəs İncil kitabına inansalar da onlar İncildən fərqli dini görüşlərə malikdir.

Yevangelist xristian, ruhani Robert Cefriss Texas ştatının qubernatoru, prezidentliyə manizəd Rik Perrini dəstəkləyir. Robert Cefrisin Rik Perriyə dəstəyinin səbəbi Massatçutses ştatrının qubernatoru Mit Romninin Mormon olmasıdır.

“Mənə elə gəlir ki, mormonçuluq bir təriqətdir və mormon namizədin seçilməsi bu təriqətə üstünlük verilməsi deməkdir” - deyə, keşiş bildirir.

Keşiş Cefrisin mormonların mənəviyyatlı insanlar olduğunu, lakin onların xristianlığın əsas hissəsi olmadığını deməsini mormon Linda Censenə təhqir kimi qəbul edir. “Bu, təriqət deyil və bizim buynuzumuz yoxdur. Bizdə çoxarvadlılıq da yoxdur. Buna görə də gəlin bu haqda danışmayaq.”

Amerikalıların çoxu dinlə siyasəti bir-birindən aralı tutsalar da, bəzən bu mümkün olmur. Bu yaxınlarda Respublikaçıların Las-Veqasda təşkil etdikləri debatlar zamanı Perri və Romni keşiş Ceffersin iradlarına fərqli münasibət bildiriblər.

Cənab Perri bunun şəxsi fikir olduğunu deyir. “Mən Mitin fikirləri ilə razı deyiləm, Amerikalılar dinə inanırlar, onlar Ağ Evə inamlarını itiriblər" – deyə, Cənab Perri bildirir.

Massaçutsesin sabiq qubernatoru Mit Romni isə hökumət başçısının dini baxışlarına görə seçilməsinin tamamilə yalnış bir fikir olduğunu deyir.

Rəy sorğuları ekstremal vəziyyətləri istisna etməklə, amerikalıların çoxunun dinə tolerantlıqla yanaşdıqlarını göstərir. Gələn il keçiriləcək prezident seçkilərdində Barak Obamaya qalib gələrsə, Mit Romni Amerikada ilk mormon prezident olacaq.

XS
SM
MD
LG