Röyters xəbər agetliyinin bildridiyinə görə, son rəy sorğularında Respublikaçı prezidentliyə iddialı Nyut Ginqriç 10 faiz fərqlə rəqiblərini üstələsə də, Barak Obama ilə yarışda Respublikaçı Mitt Romnidən geridə qalır.
Ayova ştatında keçiriləcək ilkin seçkilərə bir neçə həftə qalmış Nyut Ginqriç 28 faiz səslə 18 faiz dəstəyi olan Mitt Romnini arxada qoyur. Son rəy sorğuları Nümayəndələr Palatasının sabiq spikeri Nyut Ginqriçin prezident Barak Obamaya qalib gəlməsini sual altına alır.
Əgər seçkilər bu gün keçirilsəydi Ginqriç 38:51 faiz nisbətində, Romni isə 40:48 faiz nisbətində Obamaya məğlub olardılar.