Accessibility links

ABŞ-da Xatirə günü qeyd edilir


ABŞ prezidenti Donald Tramp Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı önünə əklil qoyur
ABŞ prezidenti Donald Tramp Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı önünə əklil qoyur

ABŞ prezidenti Donald Tramp Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı önünə əklil qoyub

Bu gün Amerikada Xatirə günü qeyd edilir.

ABŞ prezidenti Donald Tramp Xatirə günü münasibətilə hərbi münaqişələrdə həlak olmuş çox sayda hərbçinin dəfn olunduğu Arlinqton Milli Qəbiristanlığında təşkil edilmiş mərasimdə nitq söyləyib.

Bundan öncə ABŞ prezidenti Tvitter səhifəsində Amerikada Xatirə günü münasibətilə mesajında yazıb:

"Bu gün biz hərbi xidmət zamanı ən böyük qurban vermiş kişi və qadınların xatirəsini anırıq. Çox sağ olun, Tanrı sizin ailələrini qorusun və Tanrı ABŞ-ı qorusun!"

O bildirib ki, Birləşmiş Ştatlar bu insanların cəsarətinə görə azaddır. Tramp Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı önünə əklil qoyulması mərasimində iştirak edib.

Xatirə günü hər il hərbi xidmətdə olan zaman həlak olanları yad etmək üçün may ayının son bazar ertəsi keçirilir. Konqres 1971-ci ildən etibarən bu günü federal tətil elan edib.

Hər il olduğu kimi bu il də minlərlə motosikletçi Vaşınqton şəhərində yürüş edəcək. Rolling Thunder adı alan bu yürüş diqqəti müharibə məhbusları və müharibədə itkin düşənlərə çəkmək məqsədi daşıyır.

Əvvəllər Müharibə Qəhrəmanları günü adlanan bu gün ilk dəfə 600 min insanın ölümünə səbəb olmuş ABŞ Vətəndaş müharibəsindən 3 il sonra - 1868-ci ildə Arlinqton Milli Qəbiristanlığında qeyd edilib.

Xatirə Günü 50 ildən artıq bir müddət ərzində yalnız Vətəndaş müharibəsində həlak olanların xatirəsini yad etmək üçün qeyd edilirdi. Lakin ABŞ Birinci Dünya müharibəsinə qoşulduqdan sonra Xatirə Günü hərbi xidmətdə olan zaman həlak olan bütün hərbi qulluqçuların xatirəsinə anılmağa başlandı.

Bu il Xatirə Günü ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin anadan olmasının 100 illliyinə təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG