İslam Dövləti qrupunun amerikalı üzvü İraqın şimalında Sincar qəsəbəsi yaxınlığında kürd peşmərgə qüvvələrinə təslim olub.
İraqda kürd peşmərgə qüvvələrinin komandiri Sarbaz Hama Amin Amerikanın Səsinə bildirib ki, onlar şübhəlini bazar ertəsi günü keşik çələn zaman aşkar ediblər.
Amin əlavə edib ki, şübhəli şəxs onlara atasının fələstinli, anasının isə Mosuldan olduğunu bildirib.
Virciniya ştatına aid sürücülük vəsiqəsində adı Məhəmməd Camal Kveys olan şübhəlinin sənədinin surəti Amerikanın Səsinə göndərilib.
ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, onlar DAEŞ (İŞİD-in ərəbcə adı) sıralarında döyüşən ABŞ vətəndaşının peşmərgə qüvvələri tərəfindən həbs edildiyindən xəbərdardır və bu məlumatların dəqiqliyini İraq və kürd rəsmilərilə aydınlaşdırmağa çalışırlar.