Accessibility links

Amerikanın tanınmış qapıçısı Bilal Həmid Ramazan ayı haqqında [Video]


Amerikanın tanınmış qapıçısı Bilal Həmid Ramazan ayı haqqında
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Amerikanın tanınmış qapıçısı Bilal Həmid Ramazan ayı haqqında

Bilal Həmid ABŞ-ın Əsas Futbol Liqasında (MLS) çıxış edən D.C. United klubunun ulduz qapıçısıdır.

“Heç kimə sirr deyil ki, Amerika futbol ölkəsi deyil. Amma mən ömrüm boyu böyük futbol həvəskarı olmuşam. Futbol mənim ailəmin və tərk etdiyimiz ölkənin mədəniyyətinin bir parçasıdır.”

Bil kimi tanınan Həmid, Syerra-Leonedən köçən ilk nəsil müsəlmanlar ailəsidə böyüyüb. O, oyundan öncə ailəsi ilə, meydançaya çıxanda isə təklikdə dua edir.

“Mən bunu adətən qapı xəttində dayananda edirəm. Oyunun başlanmasına bir neçə saniyə qalmış Fatihə oxuyuram. Sonra isə bütün diqqətim tam olaraq oyunda olur.”

Amma indi Ramazan ayıdır və bu ay sağlam müsəlmanların oruc tutması gözlənilir. Həmid isə inancı ilə peşəkar həyatını balanslaşdırmağa çalışır.

“Oruc tutaraq meydançaya çıxmaq, xüsusilə də belə istilər zamanı bunu etmək asan deyil. Ona görə də, oyun və məşq günləri bədənimin enerjili qalması və güclü oynamaq üçün nə lazımdırsa onu da edirəm.”

Digər günlərdə isə o, Ramazan ənənəsini yerinə yetirir.

“Mən bilirəm ki, üzümüzə gələn günlər oyunumuz yoxdursa, mən oruc tutacam, dualarımı oxuyacam və həyatla bağlı doğru qərarlar qəbul etməyə çalışacam.”

“Bu dində inanclı bəndə olmaq çox çətindir. Amma həyatda heç nə asan deyil. Sən sadəcə əlindən gələni etməlisən.”

Həmid ABŞ futbol liqasının ən yaxşı qapıçılarından biridir. O, ABŞ-ın milli komandasında çıxış edir. Amma öz dediyinə görə, meydançada və meydançadan kənarda ona istiqamət göstərən onun ailəsi və dinidir.

XS
SM
MD
LG