Accessibility links

Amerikalılar Pakistanda 10 il həbs cəzasına məhkum olunub


Pakistan amerikalıların habelə ölkəyə qarşı terror hücumu cəhdində və Əfqanıstanda döyüşən islamçı yaraqlı qrupa qoşulmağa çalışmaqda günahkar olduğunu bildirib

Pakistan məhkəməsi 5 amerikalını terror hücumlarında təqsirli bilərək hərəsinə 10 il həbs cəzası verib. Pakistan rəsmiləri qərarı bu gün Sarqodha şəhərində açıqlayıb. Onlar deyib ki, qapalı məhkəmə müsəlman olan bu amerikalıları iki terror maddəsində təqsirli bilib və onları 821 dollar cərimə edib. Pakistan amerikalıların habelə ölkəyə qarşı terror hücumu cəhdində və Əfqanıstanda döyüşən islamçı yaraqlı qrupa qoşulmağa çalışmaqda günahkar olduğunu bildirib. Amerikalılar iddia edir ki, onlar günahlar deyillər və Əfqanıstanda yalnız humanitar işlərə yardım göstərmək istəyiblər. Onlar habelə təcridxanada olan zaman ABŞ və Pakistan rəsmiləri tərəfindən işgəncələrə məruz qaldıqlarını bildiriblər. Bu iddiaları hər iki ölkənin rəsmiləri rədd edir.

XS
SM
MD
LG