Accessibility links

Amerikanın Səsi Suriyada - edam qurbanları [Video]


Amerikanın Səsi Suriyada - edam qurbanları
please wait

No media source currently available

0:00 0:01:14 0:00

Amerikanın Səsi Suriyada - edam qurbanları

Amerikanın Səsinin kürd xidmətinin əməkdaşı Zana Ömər İŞİD-in daha öncə nəzarət etdiyi bölgəni ziyarət edib.

İslam Dövləti qrupu qəddar edam üsulları ilə tanınır. Bəzən bu edamların görüntüləri sonradan internetdə və sosial mediada paylaşılır. Amerikanın Səsinin kürd xidmətinin əməkdaşı Zana Ömər qrupun daha öncə nəzarət etdiyi bölgəni ziyarət edib. Orada İŞİD döyüşçüləri öldürdükləri adamların cəsədlərini böyük dərəyə atırdı.

Bura Rəqqa və Tel Abyadın arasında yerləşən Huta yarğanına yaxın bir yerdir. İŞİD bu əraziyə nəzarət edəndə qrup yaraqlıları öldürdürkləri insanların cəsədlərini bu qeoloji yerə atırdı.

Qurbanların çoxu mülki şəxslər olsa da, onların arasında əsgərlər də olub. İŞİD döyüşçülərinin cəsədləri bu dərin yarğana atmasının video görüntüləri də paylaşılıb.

“Orada cəsəd var. O tərəfdə də cəsəd var. İŞİD onların uşaq və ya yaşlı olduğuna baxmırdı. Onlar öldürdükləri hər bir insanı bura atırdı.”

Bu yer artıq İŞİD terrorunun simvoluna çevrilib. Yüzlərlə cəsəd bu yarğana atılıb. Bir çox itkin düşmüş insan var ki, onların harada olduğu məlum deyil. Onların isə Hutada basdırıldığı güman edilir.

XS
SM
MD
LG