Accessibility links

İraq türkmənləri İŞİD-in basqısı altındadır [Video]


Türkmənlər İŞİD-in basqısı altındadır
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Son bir neçə həftə ərzində yüzlərlə şiə türkmən Əmirli qəsəbəsindəki evlərindən qaçaraq, şimaldakı Kərkük şəhərinə üz tutub. Birləşmiş Ştatların İraq və kürd qüvvələri ilə əlaqələndirilmiş hava hücumlarından sonra əldə edilən hərbi müvəffəqiyyətə baxmayaraq Əmirli sakinlərinin vəziyyəti ağır olaraq qalır.

Bazar günü gecə saat 1:30 radələrində Birləşmiş Ştatlar Əmirlini mühasirədə saxlayan İŞİD mövqelərini bombalamağa başlayıb. 15 min şiə türkmən sakini olan qəsəbə iki aydan çox idi cihadçıların mühasirəsində idi.

ABŞ-ın yerli silahlılar, kürdlərin Peşmərgə dəstəsi və İraq hərbi qüvvələri ilə birgə koordinasiya edilmiş hava hücumları günortayadək uğurla başa çatdı. Bu ayın əvvəlində Əmirlidən qaçan Əli Əl-Bayati telefonla söhbətində razılığını bildirir. Yüzlərlə digər qaçqın kimi ailəsi ilə birlikdə Kərkükə pənah aparan Əlinin də geriyə evinə qayıtmaq ümidi yaranır.

Məhəmməd Həmid anası ilə birlikdə buraya vertolyotla gətirilib. O, İslam Dövlətinin hücumu zamanı nələr baş verdiyindən danışır.

İslam Dövlətinin yaraqlıları Əmirlidə işıq və suyu kəsdikdən sonra qəsəbə sakinləri duzlu sudan istifadə etməyə başlayıblar. 50 dərəcə istidə Məhəmmədin bədəni bu vəziyyətə düşüb.

Əməl Əkrəm Xurşid uşaqları ilə birlikdə 3 gün əvvəl İraq hərbi qüvvələrinin vertolyotu ilə xilas edilib. O, acından ölməmək üçün uşaqlarına gündə üç dəfə soğan yedirtdiyini deyir.

İraq və kürd ordusunun yardımı ilə Əməl və Məhəmməd kimi Əmirli ailələrinin xilası gözəl xəbərdir. Lakin İslam Dövləti yaraqlılarının mühasirəsi dağıdılsa da, humanitar böhran qalmaqda davam edir və minlərlə insanın həyatı təhlükədədır.

XS
SM
MD
LG