Almaniya ötən il 1.1 milyona yaxın miqrant qəbul edib.
Almaniyanın açıqladığı hesabatda 428 468 qaçqının Suriyadan olduğu bildirilir. Suriyanın vətəndaş müharibəsindən qaçan bu insanlar Almaniyaya pənah aparan ən böyük miqrant qrupudur.
Böyüklüyünə görə digər iki qrupu 154 046 nəfər olmaqla Əfqanıstandan və 121 662 nəfər olmaqla İraqdan qaçan insanlar təşkil edir.
Almaniya illik qaçqın axınının 2014-cü illə müqayisədə 5 dəfə artıq olduğunu bildirir.
Ötən il Yunanıstana Türkiyə suları ilə 850 000 miqrant keçib.