Accessibility links

Amnesty fəallara qarşı artan işgəncə faktlarından narahatdır [Video]


Keçən il 281 nəfər insan hüquqları fəalı həyatını itirib

Amnesty İnternational-ın verdiyi məlumata görə, dünyanın hər yerində insan hüquqları aktivistlərinə qarşı hücumlar artıq kritik vəziyyətə çatıb.

Front Line Defenders rəsmiləri 2016-cı ildə insan hüquqlarını müdafiə edən 281 nəfərin həyatını itirdiyini bildirib. Halbuki, ondan əvvəlki il bu say 156 nəfər idi.

Amnesty həmçinin qeyd edib ki, Rusiyada insan hüquqları aktivistlərinə təqiblər artıb və qeyri-hökümət təşkilatlarını fəaliyyətinə qadağalar yaradılır. Prezident Vladimir Putinə qarşı bu ayın əvvələrində baş tutan aksiyalar da buna sübutdur. Aksiyalarda xeyli sayda hüquq fəalları həbs edilmişdi.

Amnesty bildirib ki, bəzi ölkələrin aktivistlərə qarşı göstərdiyi rəftar Verter effekti şəklində digər ölkələrə də yayılır.

Keçən il baş tutan uğursuz çevrilişdən sonra Turkiyə höküməti də əsassız təqiblərin çoxaldılmasında günahlandırılır. 10 minlərlə insan işindən qovulub və ya həbs edilib. Ankara isə onların dövlət əleyhdarı qrupunun bir parçası olduqlarını iddia edir.

Amnesty ümid edir ki, “Cəsarət “ kampaniyası azad cəmiyyətin müdafiəsində son qala olan insan hüquqları aktivistlərinin pisləşən vəziyyətini gündəmə gətirə biləcək.

XS
SM
MD
LG