Accessibility links

Amnesty International: 2015-ci ildə dünyada edam halları artıb [Video]


Amnesty International: 2015-ci ildə dünyada edam halları artıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Amnesty International 2015-ci ildə bütün dünya boyu edam saylarının artdığını bildirir. Ötən il azı 1634 nəfər edam edilib. Bu, ondan əvvəlki illə müqayisədə 50 faizdən çoxdur və son 25 ildə qeydə alınan ən yüksək rəqəmdir. Amma əsl rəqəmlərin bundan yüksək olduğu ehtimal olunur.

İranda qeydə aldığımız 977 edam halının böyük hissəsi narkotiklərlə bağlı cinayətlərə görə tətbiq edilib, baxmayaraq ki, beynəlxalq hüquq edam cəzasının qəsdən adam öldürmək cinayətləri ilə məhdudlaşdırılmalı olduğunu aydın şəkildə bildirir.

Ölüm cəzası 25 ölkədə tətbiq olunub. Amma qeydə alınmış ölüm hallarının 90 faizi onlardan üçü –İran, Səudiyyə Ərəbistanı və Pakistan-ın payına düşür.

Pakistanda 2014-cü ilin dekabr ayında Talibanın Peşəvərdə məktəbə hücum etməsi 141 nəfərin ölümü və hökümətin edamlara moratoriumun tətbiqinə son qoyması ilə nəticələndi.

“Əvvəl moratorium təkcə terrorla əlaqəsi olan cinayətlərdə aradan qaldırıla bilirdi. Amma bundan bir müddət sonra insanlar digər cinayətlərə görə də edam edilməyə başladı. Bunların çoxu da ittihamın dəqiqiliyi ilə bağlı şübhələr yaradan cinayət işlərində olurdu.”

Amnesty Səudiyyə Ərəbistanında 158 nəfərin edam olunduğunu bildirir. Onların sırasına şiə ruhani Şeyx Nimr Əl-Nimr daxildir. Riyad ölüm cəzasını terrorçulara qarşı tətbiq etdiyini desə də, Amnesty bu cəzanın siyasi dissidentlərə qarşı da tətbiq olunduğunu iddia edir.

İranda isə edamların çoxu narkotiklərlə bağlı cinayətlərə görə tətbiq edilir.

“İranda qeydə aldığımız 977 edam halının böyük hissəsi narkotiklərlə bağlı cinayətlərə görə tətbiq edilib, baxmayaraq ki, beynəlxalq hüquq edam cəzasının qəsdən adam öldürmək cinayətləri ilə məhdudlaşdırılmalı olduğunu aydın şəkildə bildirir.”

Bütün dünyada edam olunan insanların əsl sayının isə daha da yüksək olduğu ehtimal edilir, çünki Çinlə bağlı rəqəmlər Amnesty-nin məlumat bazasına daxil edilməyib.

Əvvəl moratorium təkcə terrorla əlaqəsi olan cinayətlərdə aradan qaldırıla bilirdi. Amma bundan bir müddət sonra insanlar digər cinayətlərə görə də edam edilməyə başladı. Bunların çoxu da ittihamın dəqiqiliyi ilə bağlı şübhələr yaradan cinayət işlərində olurdu.

“Bu məlumata ötən il Çində edam olunduğu ehtimal edilən təxminən min nəfər şəxs daxil edilməyib. Orada edam cəzası ilə bağlı rəqəmlər dövlət sirri olaraq məxfi saxlanılır.”

ABŞ isə 2015-ci ildə edam edilən insanların sayına görə beşinci yerdə gəlir.

“Bizdə 1991-ci ildən bəri ən az sayda edam halları qeydə alınıb. Bu, həmçinin 1977-ci ildə ölüm cəzası ABŞ-da yenidən bərpa olunandan bəri ən aşağı rəqəmdir.”

Ötən il ABŞ-ın yalnız altı ştatında edam halları qeydə alınıb. Onların təxminən yarısı Texas ştatının payına düşür.

XS
SM
MD
LG