Accessibility links

Amnesty International ABŞ-dan Türkiyəni Taner Kılıçı azad etməyə çağırmasını istəyib


Türkiyənin baş naziri Binali Yılıdırım ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməyə hazırlaşdığı vaxt, Amnesty International təşkiları Birləşmiş Ştatları Türkiyədən qrupun ölkə üzrə direktoru Taner Kılıçı azad etməyi tələb etməyə çağırıb. Kılıç artıq bir neçə aydır həbsdədir.

“Baş nazirin Vaşinqtona səfəri Türkiyədə insan haqları sahəsində görünməmiş repressiyaların baş verdiyi bir vaxta təsadüf edir. Beynəlxalq təzyiqlər nəticəsində İstanbulda 10 nəfər zaminə buraxılıb, Tamer Kılıç isə hələdə həbsxanada qalır”, Amnesty International təşkilatının ABŞ-da direktoru Naurin Şah bəyanarında bildirib.

Kılıç şifrələmə vasitəsilə populyar mesaj applikasiyası olan ByLock-u telefonuna yüklədiyinə görə həbs edilib. O və onun 10 həmkarı 15 ilə qədər həbs cəzası ilə üzləşə bilər. Amnesty International onlara qarşı "terror ittihamları"nı absurd adlandırıb.

Baş nazirin Vaşinqtona səfəri Türkiyədə insan haqları sahəsində görünməmiş repressiyaların baş verdiyi bir vaxta təsadüf edir.
Amnesty International

Türkiyə rəsmiləri mesaj applikasiyasından ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarlarının istifadə etdiyini bildirib. Rəsmi Ankara keçən il dövlət çevrilişinə cəhddə Güləni günahlandırır. O isə dövlət çevrilişinə cəhdlə əlaqəsi olduğunu dəfələrlə rədd edib.

Türkiyənin Ali Məhkəməsi bu ilin əvvəli bir telefondan mesaj applikasiyasının yüklənməsinin həmin şəxsin terror qrupuna aid olduğuna dəlalət etdiyinə dair qərar çıxarıb.

“İnsan haqlarını müdafiə etmək cinayət deyil. Heç bir ölkə tənqidçiləri özbaşına susdura və onları həbs edə bilməz. Vitse prezident Mayk Pensin və administrasiyanın digər rəsmilərinin baş nazir Yıldırımı açıq şəkildə Taner Kılıç və İstanbuldakı 10 nəfərə qarşı ittihamları dərhal aradan qaldırmağa çağırmasının vaxtı çatıb”, Naurin Şah bəyanatında bildirib.

XS
SM
MD
LG