Accessibility links

Amnesty International: Azərbaycan rejimi istənilən fərqli düşüncəni amansızlıqla boğacaq


Amnesty International: Azərbaycan rejimi istənilən fərqli düşüncəni amansızlıqla boğacaq
Amnesty International: Azərbaycan rejimi istənilən fərqli düşüncəni amansızlıqla boğacaq

Amnesty International hesab edir ki, Azərbaycan hökuməti dinc yolla siyasi dəyişikliklər tələb etdiklərinə görə həbs edilənləri dərhal azad etməli, bütün amansızlıqları və fəalların təqibi faktlarını ətraflı araşdırmalıdır.

Azərbaycan hakimiyyəti müxalifət liderlərinin qorxudulmasına son qoymalıdır. Bu, hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarının saxlanılması və polislər tərəfindən döyülməsində özünü büruzə verib. Bu barədə bu gün Amnesty International hüquq-müdafiə təşkilatı bildirib.
Müsavat və Xalq Cəbhəsi Partiyalarının fəalları aprelin 2-də Böyük Qəzəb Günü saxlanılıb və ictimai asayişi ciddi şəkildə pozmaqda ittiham olunub. Hakimiyyət rəsmisi çərşənbə günü xəbərdarlıq edib ki, hökumət aprelin 16-na təyin edilmiş növbəti aksiyanın qarşısını da qətiyyətlə alacaq. “Azərbaycan rejimi açıq-aşkar göstərir ki, istənilən fərqli düşüncəni sistemli şəkildə və amansızlıqla boğacaq. Aparıcı müxalifət xadimlərinin bu cür məqsədyönlü təqibinə son qoyulmalıdır və hakimiyyət ictimai etiraz aksiyalarının keçirilməsinə icazə verməlidir”, - deyə Amnesty International-ın direktor müavini Con Dalusen bildirib.
Yüzlərlə polis Yaxın Şərq və Şimali Afrikada xalq hərəkatlarından ilhamlanmış etirazçıların qarşısını almaq üçün Bakının mərkəzinə cəm edilmişdi. Aksiyanın dağıdılması zamanı 200-ə yaxın iştirakçı saxlanılıb, daha 17 fəal və təşkilatçı aksiyadan bir neçə gün əvvəl həbs edilib. “Azərbaycan hökuməti sadəcə dinc yolla siyasi dəyişikliklər tələb etdiklərinə görə həbs edilənləri dərhal azad etməli, bütün amansızlıqları və fəalların təqibi faktlarını ətraflı araşdırmalıdır”, - deyə cənab Dalusen bildirib.
Amnesty International Azərbaycan hakimiyyəti müxalifət fəallarını ictimai qaydanın pozulmasında, polisə tabe olmamaqda, qanunsuz silah saxlamaqda və milli ayrıseçkilik salmaqda ittiham edib.
Azərbaycan hakimiyyəti həmçinin Fransada olan, facebook-da 11 mart və 2 aprel aksiyalarına çağırış səhifələrinin hazırlanmasında iştirak etmiş, gənc fəal Elnur Məcidliyə qarşı cinayət işi qaldırıb.

XS
SM
MD
LG