Accessibility links

Amnesty International: "ABŞ edam cəzasının sayına görə dünyada beşincidir"


"Amnesty International" bildirir ki, ötən il də 2011-ci ildə olduğu kimi 21 ölkə ölüm cəzası həyata keçirib, amma bu göstərici 10 illə müqayisədə 25 faiz azdır.

Qrup bu gün ölüm cəzası ilə bağlı illik hesabatını açıqlayaraq 2012-ci ildə dünya üzrə 682 nəfərin edam olunduğunu bildirib.

Hesabatda deyilir ki, Çin digər ölkələrdən qat-qat çox, minlərlə edam həyata keçirsə də, məlumat çatışmazlığı rəqəmlərin təsdiqini mümkünsüz edib.

"Amnesty International"dan Rozan Rayf Çini ölüm cəzaları statistikasını ictimaiyyətə açmağa çağırıb.

Təşkilatın hesabatına görə, edam sayına görə, İran 314 ölüm cəzası ilə ikinci gedir. Onların çoxu narkotik ittihamlarına görə cəzalandırılıb. Siyahıda İraq üçüncüdür. Amnesty bildirir ki, İran, İraq və bu kimi digər ölkələrdə ədalətli məhkəmə standartlarının da pozuntusu qeydə alınıb.

Siyahıda 79 ölüm hökmü ilə dördüncü olan Səudiyyə Ərəbistanının ardınca Birləşmiş Ştatlar gəlir: 43 edam. ABŞ 2012-ci ildə Amerika qitəsində ölüm hökmünü həyata keçirən yeganə ölkə olaraq qalıb.
XS
SM
MD
LG