Accessibility links

Amnesty İnternational: İsrailin Qəzzada bombardmanları müharibə cinayətidir


Amnesty İnternational təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini bildirib.

Bazar ertəsi açıqlanan hesabatda Amnesty İnternational İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyi bildirilir. Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd edilir.

Amnesty İnternational Tel-Əvivin hesabatdakı açıqlamalarla bağlı şərh vermək üçün təşkilatın müraciətinə cavab vermədiyini bildirib. İsrail bundan öncə Həmasın hərbi əməliyyatlar keçirmək və silah saxlanması üçün mülki obyektlərdən istifadə etdiyini bildirib.

Bu, beynəlxalq təşkilatın İsraili ifrat gücdən istifadə etməkdə ittiham etdiyi ilk hal deyil. Amnesty İnternational təşkilatının noyabr ayında açıqladığı hesabatda İsrailin yaşayış binalarına indiyə qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğunu bildirilmişdi.

XS
SM
MD
LG