Accessibility links

Amnesty International: "Dünya daha bölünmüş və təhlükəli yerə çevrilir"


France Amnesty International
France Amnesty International

Beynəlxalq ümuməfv təşkilatı Amnesty International ABŞ prezidenti Donald Tramp da daxil olmaqla dünya ölkələrinin liderlərinin “zəhərli ritorika” ilə dünyanı daha bölünmüş və təhlükəli yerə çevirdiyini bildirib. Qərargahı Londonda yerləşən təşkilatın dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Birləşmiş Ştatlarda, Avropada və başqa ölkələrdə siyasətçilər “bizlər onlara qarşı” kimi bir şərait yaratmaqda günahlandırılır. Təşkilat bunun insan haqlarının zəiflədilməsinə gətirib çıxardığını bildirir.

Amnesty International təşkilatının illik hesabatında dünyanın 159 ölkəsində vəziyyət təhlil edilir və Suriyada vətəndaş müharibəsi və bunun nəticəsi olaraq yaranmış qaçqın böhranı, Türkiyədən tutmuş Kuba və Filippinə qədər ölkələrdə vətəndaşların hüquqlarına qoyulmuş rəsmi məhdudiyyətlərə diqqət yönəldilir.

Təkcə bu ritorika təhlükəli deyil, eyni zamanda, bu praktika və bu siyasətlərin gerçəkləşməsi də başqa hökumətlər üçün nümunəyə çevrilir.
Adoetey Akvey, Amnesty International

“Dünyada insan haqlarının durumu” adlı hesabatda deyilir ki, müxtəlif ölkələrdə siyasətçilər legitim iqtisadi və təhlükəsizliklə bağlı qorxulara zəhərli və bölücü siyasətlə cavab verib. Təşkilatın ABŞ üzrə təmsilçisi Adoetey Akvey blidirib ki, kiçik ölkələr çox vaxt Birləşmiş Ştatlar kimi böyük ölkələrdə siyasi liderlərin ritorikasını davam etdirir.

Adoetey Akvey: “Təkcə bu ritorika təhlükəli deyil, eyni zamanda, bu praktika və bu siyasətlərin gerçəkləşməsi də başqa hökumətlər üçün nümunəyə çevrilir.”

Adoetey Akvey deyir ki, terrorizmə dair əsassız qorxulara görə qaçqınlar Avropada və Birləşmiş Ştatlarda mənfi münasibətlər qarşılaşır. O həmçinin bildirir ki, ayrı-ayrı ölkələr tərəfindən mühacirətə məhdudiyyətlər və qadağaların qoyulması qaçqınlara yardıma dair müqavilələr və konvensiyalarla əsası qoyulmuş beynəlxalq sistemi sarsıdır.

Adoetey Akvey: “Bu sistem tamamilə zəiflədilmək riski qarşısındadır və bu, baş versə, insanlarla minimum səviyyədə rəftar qaydaları bununla yox olacaq.”

Amnesty Internatıonal təşkilatının hesabatında həmçinin əvvəllər insan haqlarını müdafiə edən ölkələrin qəddarlıqlara göz yuma bildiyi və özləri də məhdudiyyətlər tətbiq etdiyi üçün əvvəlki təəhhüdlərinə sadiq qala bilməyəcəkləri ilə bağlı narahatlıqlar ifadə edilir.

XS
SM
MD
LG