Accessibility links

Deputat amnistiya olacağından xəbər verib


Əfv
Əfv

YAP icra katibinin müavini amnistiyanın kimlərə şamil olunmasını açıqlayıb

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin fevralın 1-də açılıan yaz sessiyasının ilk pelnar iclasında prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul olunmasını xahiş edib.

O deyib ki, bu il həm Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 95 illiyi, həm də Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir.

“Bu amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”, o qeyd edib.

Komitə sədri deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

“Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görə həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq”, deputat bildirib.

Xatırladaq ki, Azərbaycanda indiyədək 63 əfv və 11 amnistiya qərarı qəbul edilib.

XS
SM
MD
LG