Accessibility links

ABŞ müdafiə naziri Cənubi Çin Dənizindəki gərginliyi müzakirə edir


ABŞ müdafiə rəsmiləri deyir ki, Çinin regionda dəniz sərhədlərini genişləndirməsinə dair diplomatik gərginliyi müzakirə etmək üçün ABŞ müdafiə naziri Eş Karter və onun malayziyalı həmkarı Hişammuddin Hüseyn Cənubi Çin Dənizində ABŞ hərbi gəmisinə minəcəklər.

Onların müzakirə apardığı ABŞ-ın təyyarədaşıyan USS Theodore Roosevelt gəmisi sabah Malayziya sahillərindən Cənubi Çin Dənizinə çıxacaq.

Bu yaxınlarda ABŞ-ım hədəfli raket dağıdıcısı Dubi Reef-dən 22 km məsafədəki Spratli Arxepelaqlarında vurulmuşdu. Pekin keçən il nəhəng inşa işləri başladaraq bu rifləri adalara çevirir və bu süni yaradılmış torpaqlarda yollar və obyektlər salaraq Filippin, Vyetnam, Tayvan və regiondakı başqa Asiya dövlətlərinin oradakı iddialarına məhəl qoymur.

Obama administrasiyası bildirir ki, gəminin orada yerləşdirilməsi dənizlərdə açıq naviqasiyanın mühafizəsi məqsədilə həyata keçirilən növbəti təlimdir.

Bu mübahisə ASEAN müdafiə nazirlərinin görüşünə kölgə salıb. Nazirlər hətta forumun sonunda ənənəvi birgə bəyanat açıqlamağa müvəffəq olmayıblar.

XS
SM
MD
LG