Accessibility links

Amsterdamın populyar meri vəfat etdi


Amsterdam şəhərinin populyar meri Eberhard van der Laan ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Van der Laan öz xəstəliyi barədə şəhər sakinlərinə yanvar ayında məlumat vermişdi.

“Zəbt” hərəkatı onun şəhərinə gəldikdə mer tez-tez etirazçıların düşərgəsinə gedər, orada onlarla qızğın diskussiyalar aparardı.

Həmin vaxt Hollandiyadakı şəhərin meri “optimizm üçün çox az əsas” olduğunu demişdi.

Üç həftə öncə ictimai nəzərdən çəkiləndə, minlərlə amsterdamlı onun kanal-kənarı evi qarşısına toplaşaraq dəstək əlaməti olaraq əl çalmışdılar.

62 yaşlı Van der Laan effektiv, praqmatik, bəzən döyüşkən, eyni zamanda yumor hisli xarakteri ilə tanınırdı.

“Zəbt” hərəkatı onun şəhərinə gəldikdə mer tez-tez etirazçıların düşərgəsinə gedər, orada onlarla qızğın diskussiyalar aparardı.

Amsterdam şəhərinin səmadan görüntüsü
Amsterdam şəhərinin səmadan görüntüsü

O, şəhərdə məhkəmə qərarı verilənədək aylarla çmadırların qalmasına icazə verdi.

Onun ən yaddaqalan anlarından biri 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə görüşməkdən imtina etməsi oldu.

Amsterdama səfərdə olan rus liderini qəbul etməyən mer Rusiyada homoseksualların təqibinə etiraz əlaməti olaraq şəhər binasında göy qurşağı bayrağının dalğalandırılmasına göstəriş vermişdi.

XS
SM
MD
LG