Accessibility links

Körpələrin ana südü ilə qidalanması vacibdir [Video]


Körpələrin ana südü ilə qidalanması vacibdir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

On illərlə aparılan araşdırmaların nəticələrinin ana südünün xeyirli olduğunu göstərməsinə baxmayaraq Birləşmiş Ştatların müxtəlif ölkələrin anaların körpələrini əmizdirməsinin təbliğinə qarşı olması dünya səhiyyə rəsmilərinin hiddətinə səbəb olub.

Dünyada milyonlarla körpənin birinci 6 ay və ya daha çox bir müddətdə ana südü ilə qidalanması olduqca xeyirlidir. Belə bir qənaətə ən böyük və ətraflı araşdırmaların nəticələrindən sonra gəlinib. Araşdırmaların nəticələri iki il əvvəl “The Lancet” tibb jurnalında dərc edilib. Məqalədə ana südünün hər il 800 minə qədər körpənin həyatını xilas edə biləcəyi deyilib.

Pediatrların dediyinə görə, elm ana südünün xeyirli olduğunu sübut etsə də anaların seçimi olmalıdır. Buffalo universitetindən Denis Kuo: “Ana südü ilə bağlı araşdırmalar on illərdir aparılır.”

Ana südü doyumludur, infeksiyalardan qoruyur və süni yeməkdən ucuz başa gəlir. Florida Dövlət Universitetindən doktor Con Yanger Miks: “Körpə dünyaya gələn kimi ana onu əmizdirməyə başlayır. Həmin ilk südün tərkibindəkı maddələr o qədər güclüdür ki, ondakı immunoqlobulins körpəni infeksiyadan qoruyur. Buna görə də ana südünün körpə üçün çox vacib olduğu deyilir.”

Ana üçün körpə qidası təkcə təmiz su deyil, həm də təmiz butulkadır. Qidanı ölçmək üçün qab və qaşıq da təmiz olmalıdır. Belə olmadığı təqdirdə körpədə çox ağır formada ishal halı ola bilər.

Digər tərəfdən isə süni qida baha olduğundan ana ona qənaət etməyə çalışır və körpə qidanı kifayət qədər qəbul etmir. “Ana südünün xeyri çoxdur və körpəni xəstəlilərdən qoruyur” deyə, doktor Denis Kuo bildirir.

Ana südü yeyən körpələrdə qulaq infeksiyası, həzm problemi daha az olur. Ana südü gələcəkdə uşaqların kökəlməsinin də qarşısını alır. Vaxt keçdikcə süni qidaların keyfiyyətini yüksəltmək üçün vitaminlər və turşular əlavə olunsa da, həkimlər bunun ana südünü əvəv etmədiyini deyir.

Ana südünün anaların sağlamlığı üçün də üstünlükləri var. Belə ki, həmin qadınlarda do\uşdan sonra qanaxma halları az olur.

Həkimlər körpələrinə ana südü vermələri üçün ailələr, həkimlər, icmaların və iş yerlərində qadınlara dəstək verilməli olduğunu deyirlər.

XS
SM
MD
LG