Accessibility links

Ana və körpəsi doğuşda ölüb


ana-uşaq ölümü
ana-uşaq ölümü

Üçüncü hamiləliyini keçirən Lerik rayon sakini Elnarə Sadqovanın avqustun 4-də xəstəxanada vəfat etdiyi bildirilir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əbülfəz Məmmədov bildirib ki, E.Sadıqova avqustun 3-də axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onun dediyinə görə, qadında doğuş zamanı qanaxma ehtimalı yüskək olub.

“Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Bundan sonra isə ananın toxumalarında qanxama baş verib. Qadın avqustun 4-də qanaxma səbəbindən dünyasını dəyişib”.

Ə.Məmmədovun sözlərinə görə, hadisə ilə bağlı bütün aididyyatı qurumlara məlumat verilib. Bakıdan gələn həkimlərin də iştirakı ilə konsilium keçirilib və ölümə səbəb kimi qanaxma göstərilib.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Hüquq-mühafizə orqanları və Elnarə Sadıqovanın yaxınları hələ ölüm hadisəsniə münasibət bildirməyib.

XS
SM
MD
LG