Mayın 9-u ABŞ-da və dünyanın bir sıra ölkələrində Analar günü qeyd edilir.
Bu gün qadınların verdiyi töhfələr və gördüyü işlər tərənnüm edilir.
Bir ənənə olaraq ailə üzvləri analara gül-çiçək bağışlayır, onları nahar və ya şma yeməyinə dəvət edir.
ABŞ-da Analar Gününün mənşəyi Vətəndaş müharibəsindən əvvəl Qərbi Virciniyada yaşayan Ann Rivs Carvisin qadınlara uşaqlarına baxmağın incəliklərini öyrətmək üçün Analar Günü İş Klubları təsis etməsinə dayanır.
Müharibədən sonra Jarvis Analar Dostluğu Günü təşkil edib. Həmin gün klublardan olan qadınlar barışıq ruhunda keçmiş Birlik və Konfederasiya əsgərləri ilə görüşüb.
Carvis 1905-ci ildə vəfat etsə də, onun qızı Anna analığa ehtiram üçün milli bir bayram üçün kampaniyası başladıb.
O, Amerika bayramlarının qadınların qazandığı uğurları görməzdən gəlməklə yanaşı, kişilərin müvəffəqiyyətlərini şərəfləndirdiyini deyib.
1914-cü ildə ABŞ Prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü rəsmi olaraq Analar Günü olaraq təyin edib.