Accessibility links

Çeyrançöldə ərazinin minalardan təmizlənməsi başa çatır


Azərbaycanın mina olan əraziləri

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda sentyabrın 26-da tədbir keçirəcək. Xəbəri ANAMA yayıb.

Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 partlamamış hərbi sursat (PHS) və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixində start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi təmizlənib, 1 553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib.

22 kv.km ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlayıb və 2018-ci il ərzində bitməsi nəzərdə tutulur.

Layihənin üçüncü mərhələsinin təqdimat mərasimi sentyabrın 26-da Bakıda keçiriləcək.

Bu məqsədlə NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Apaturayın gələn həftə Azərbaycana gələcəyi gözlənilir.

Ceyrançöl ərazisi keçmiş Sovet Ordusunun təyyarə və tank poliqonu olub. Sovet Ordusu poliqonun 60 milyon kvadrat metr ərazisinin çirklənmiş vəziyyətdə qoyaraq 1992-ci ildə ölkəni tərk edib. Orada böyük mina sahələri olub.

XS
SM
MD
LG