Accessibility links

Ananas sizin paltarınız və ya ayaqqabınızın bir hissəsi ola bilər


Ananas sizin paltarınız və ya ayaqqabınızın bir hissəsi ola bilər
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Ananas təkcə dadlı meyvə deyil, bu sizin geyiminiz və ya ayaqqabınızın bir hissəsi ola bilər.

İspaniyalı bir sahibkar “Pinatex” adlı parça yaratmaq üçün 8 il sərf edib. “Yeni “Pinatex” tekstil parçası ananasın yarpaq və liflərindən hazırlanır” - deyə, Karmen İhosa bildirir.

“Ananas Anam” şirkətinin təsisçisi Karmen İhosa “Pinatex”i istehsal etmək üçün ananas yetişdirən filippinli fermerlərlə işləyir. O, onlardan bu meyvənin yarpaqlarını və liflərini alır. “Bu material möhkəm, elastik və keyfiyyətlidir” deyə, o bildirir.

2015-ci ilin ortalarından başlayaraq, bu yaxınlarda məşhur “Hugo Boss“ moda evinin veqan idman ayaqqabılarının istehsalı da daxil edilməklə, 500-ə qədər şirkət “Pinatex” materialından istifadə edir. "Altiir" şirkətinin kreativ direktoru Timoti Torner Sotton: “İnsanlar gəlib görən kimi bu onları cəlb edir. İlk baxışda onlar bunun dəri olduğunu düşünür, az sonra isə onlar bunun dəri olmadığını hiss edir.”

“Pinatex” materialından ködəkçələr hazırlayan “Altiir” moda brendinin kreativ direktoru Timoti Torner Sotton bu materialın unikal olduğunu deyir. “Mənim bu klassik bayker gödəkçəmi “Altiir” hazırlayıb və mən bu gödəkçəni bir ilə yaxındır geyinirəm. Bu, sənin bədənində rahat yatır. Yaş olanda dəri kimi quruyur. Bu, çox davamlı materialdır.”

Geyim mallarından əlavə, şirkət mebel üzləri və avtomobil oturacaqları da daxil edilməklə, yeni bazarlara çıxmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG