Accessibility links

Anasetrapib adlı yeni dərmanın xolesterolu azaldacağına ümid edilir


Anasetrapib adlı yeni dərmanın xolesterolu azaldacağına ümid edilir
Anasetrapib adlı yeni dərmanın xolesterolu azaldacağına ümid edilir

Dünyada xəstəlik riski qarşısında olan milyonlarla insan pis xolesterol səviyyəsini azaltmaq üçün aşağı səviyyəli lipoprotein - LDL statin dərmanları qəbul edir. Lakin statin dərmanlar lipiproteini yüksək olan insanlara yardım etmir. Buna görə də həkimlər yüksək xolesterolun qarşısını alan yeni dərmandan danışırlar.

Həkimlər Anasetrapib adlı yeni dərmanın gələcəkdə insanların həyatını qoruyacağına ümid edirlər. Azı 1600 insanın iştirak etdiyi araşdırmalar zamanı insanlardan bir hissəsi Anasetrapib, digər hissəsi isə Plasebo qəbul etmişdir.

Bostondakı Briqham və Qadınlar xəstəxanasında həkim Kristofer Kannon bu araşdırmada iştirak edib. O deyir ki, əvvəlkilərdən 10 dəfəyə qədər güclü olan yeni bir dərman üzərində araşdırma aparılır.

Həkimlər illərdir pis xolesterol səviyyəsini azaltmaq üçün statin dərmanlar təyin edirlər. Lakin statin qan damarlarında əmələ gələn laxtalanmanı – trombositi aradan qaldırmağa kömək edən yaxşı xolesterol səviyyəsini qaldırmır. Araşdırma Anasetrapib preparatını qəbul edən insanlarda pis xolesterol səviyyəsinin 40 faiz azaldığını, yaxşı xolesterolun isə 138 faiz artıdığını göstərib.

Yel univesitetinin Tibb məktəbindən mütəxəssis Harlan Kramholz bu dərmanın pis xolesterol səviyyəsini aşağı salmaq, yaxşı xolesterolu isə artırmaq üçün effektiv olduğunu deyir.

Tədqiqatçılar isə bu sahədə daha çox araşdırmalar aparılmasına ehtiyac olduğunu deyirlər. Gələn ilin əvvəli beynəlxalq səviyyədə dörd il ərzində aparılacaq araşdırmada 30 000 insan iştirak edəcək. Artıq statin preparatlarından istifadə edən xəstələrə bundan sonra Anasetrapib preparatı veriləcək. Doktor Kramholz satışa çıxarılmazdan əvvəl tibb aləmində bu preparatın daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirib.

Bütün bunlarla yanaşı, həkimlər əvvəlki tövsiyələrini yenə də edirlər: idmanla məşğul olun, pis xolesterol səviyyəsini artıran yağlı və qeyri-sağlam yeməklər yeməyin.

XS
SM
MD
LG