Accessibility links

Ancelina Colinin xalası xərçəng xəstəliyindən vəfat edib


Ancelina Colinin xərçəngə qarşı xüsusi prosedurdan keçdiyi barədə xəbər yayıldıqdan iki həftə sonra aktrisanın xalası xərçəng xəstəliyindən vəfat edib.



Ancelina Colinin xalası Debbi Martin bacısı kimi, yəni Ancelinanın anası kimi xərçəng xəstəliyinin öhdəsindən gələ bilmədi.

Deyilənə görə dünyasını dəyişən an aktrisa onun yanında olmayıb. Lakin Coli onunla daim əlaqə saxlayıb, diaqnoz qoyulduqdan bəri dəfələrlə onun yanında olub və daim ona kömək edib. Ancelinanın qohumları aktrisanın mərhum xalası ilə son bir neçə ay tez-tez mesajlaşdığını deyiblər.

Colinin 87 faiz döş xərçəngi xəstəliyi riskinin olduğunu öyrəndikdə iki döşünü də kəsmək qərarı onun dostları tərəfindən alqışlarla qarşılaşıb. Onun anası 2007-ci ildə eyni növ xərçəng xəstəliyi səbəbi ilə vəfat etmişdi. Deyilənə görə növbəti həftələrdə aktrisa yumurtalıqların götürülməsi əməliyyatı keçirəcək.
XS
SM
MD
LG