Accessibility links

Ancelina Coli Bred Pittdən boşandıqdan sonra tənhalıqdan şikayət edib


Adətən fərdiliyə üstünlük verən Ancelina Coli Bred Pittdən boşandıqdan sonra tənhalıqdan şikayət edib.

Aktrisa “Əvvəl Onlar Mənim Atamı Öldürdülər” adlı yeni filmini reklam edir. Aktrisa tənha olmaqdan heç də zövq almadığını deyib.

“Sunday Telegraph” qəzetinə müsahibəsində Oskar qalibi heç vaxt tənha olmaq istəmədiyini, ümumiyyətlə tənhalığın heç bir üstün tərəfinin olmadığını deyib.

Ürəkağrıdan etiraf onun 12 il Bred Pittlə evliliyinin ardınca boşanmasından sonraya təsadüf edir.

Son bir neçə il Ancelina Coli üçün çətin olub. 2013-cü ildə döş xərçəngi ehtimalının qarşısının alınması məqsədi ilə onun üzərində ikiqat mastektomiya əməliyyatı aparılıb. 2015-ci ildə isə o, yumurtalıqlarını da çıxartdırıb və bu yaxınlarda aktrisa yüksək qan təyziqi və üz sinirinin iflici xəstəliyindən əziyyət çəkir.

“Əvvəl Onlar Mənim Atamı Öldürdü” filminin ekranlara çıxmasından sonra Ancelina Coli yəqin ki, fərdi həyat tərzini davam etdirəcək.

XS
SM
MD
LG