Accessibility links

Uşaqların vətəndaşlıq andiçməsi mərasimi [Video]


Zoopark səfəri heç də hər zaman uşaqların ABŞ vətəndaşlığı sertifikatı əldə etməsi ilə bitmir. Amma, bu dəfə fərqli oldu. Dünyanın 25 ölkəsindən gələn bu uşaqlar Nyu York zooparkına səfər zamanı Amerika vətəndaşlığını təsdiq edən sənədlər əldə etdilər… və kimdən soruşmağınızdan asılı olaraq, bu xüsusi gün hər yeni vətəndaş üçün müxtəlif əhəmiyyət daşıyır.

“Mən özümü həyəcanlı və yaxşı hiss edirəm. Çünki daha öncə burada edə biləcəyimiz nə qədər çox şey olduğu haqda düşünməmişdim.”

“İndi dünyanı gəzmək daha asan olacaq. Atam belə dedi.”

“İndi dünyanı gəzmək daha asan olacaq. Atam belə dedi.”

Uşaqlar üçün keçirilmiş bu andiçmə mərasimi simvolik olsa da, onların valideynləri üçün çox əhəmiyyətli bir hadisədir.

“Bu ailə üçün sonuncu bir pillədir. Valideynlər vətəndaşlıqlarını artıq alıblar və uşaqlarının da buna bənzər mərasimdən keçmələri onlar üçün çox təsirlidir. Bu, ailənin hər bir üzvü üçün amerikalı olaraq yeni həyatlarının başlanğıcıdır.”

Rusiyadan olan Volkov ailəsi də istisna deyil. Onların 7 yaşlı oğlunun ABŞ təcrübəsi körpə vaxtından başlayıb.

“O xoşbəxtdir. Çünki, artıq vətəndaş kimi təhsil almağa, işləməyə 100% imkana sahib olduğunu hiss edir. O artıq 100% amerikalıdır”

Valideynlər üçün uşaqlarının gələcəkdə işə müraciət edə bilməsi, yaxşı təhsil və təqaüd ala bilməsi çox vacidir. Amma, yenicə amerikalı olmuş bu uşaqlar üçün vətəndaşlıq fərqli məna verir. Bu, onların həyatlarının yeni səhifəsidir.

XS
SM
MD
LG