Accessibility links

Andrey Makareviç: Ölkə geriyə yuvarlanır


70-ci illərin rok qrupunun solisi Rusiyada korrupsiya problemi ilə bağlı prezident Vladimir Putinə müraciət edib

70-ci illərin “Maşina Vremeni” rok qrupunun solisi Andrey Makareviç Rusiyada korrupsiya probleminə diqqəti cəlb etmək üçün mətbuat vasitəsilə prezident Vladimir Putinə müraciət edib. Avqustun 6-da mətbuat çıxış etdiyi məktubunda o, ölkənin müxtəlif yerlərində korrupsiya hallarının şahidi olduğunu qeyd edir.

Məşhur musiqiçi və bəstəkar Rusiyanın regionlarına müxtəlif vaxtlar etdiyi səfərlərə işarə edərək yazıb ki, əgər 5-6 il əvvəl insanların 30 faizi korrupsiyanın təsirinə məruz qalırdısa, bu gün bu rəqəm artıq 70 faiz təşkil edir.

Makareviç deyib ki, ölkədə hamının korrupsiyadan xəbəri var. “Bunu hamı bilir, lakin bu haqda danışmır, çünki insanların bir qrupu korrupsiyadan yararlanır, başqa qrupu isə korrupsiyadan əldə edilmiş maliyyənin qalan hissəsini itirmək istəmir, ya da onu itirməkdən qorxur. Sizə deyə bilərsiniz ki, bu insanlar məhkəməyə müraciət edə bilər. Lakin onlar bunu etməyəcək. Çünki bizim məhkəmə ya arzuolunmaz insanların cəzalandırılması maşını, ya da iddiaçılardan pul almaq aparatıdır.”

Andrey Makareviç məktubunda yazır ki, əgər yaxın zamanlarda hərtərəfli dəyişikliklər olmasa, ölkə fəlakətlə qarşılaşa bilər.

“Mən sizə bu məktubu yazıram, çünki bizim həyatımızda bütün dəyişikliklər sizin qərarınız, sözünüz və baxışlarınız əsasında baş verir. Mən sizin prezident seçildiyiniz ölkəyə biganə münasibət bəslədiyinizə inanmıram”-deyə rok musiqiçi məktuubunu bu sözlərlə bitirir.
XS
SM
MD
LG