Dünən gecə Türkiyə paytaxtında nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə olunub.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və onun rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) etiraz edən nümayişçilər Ankarada bir araya gəlib.
Dünən səhər saatlarında isə polis evlərdə reydlər keçirərək bir neçə şübhəli təşkilatçını həbs etmişdi.
Ölkədə hökumət əleyhinə etiraz aksiyaları artıq 3 həftədir davam edir.
İnsan haqları qrupları mayın 31-dən başlayan aksiyalar zamanı 3000 nəfərin həbs edildiyini, ancaq daha sonra sərbəst buraxıldığını bildirir.