Accessibility links

Abşeronda gecə 22-25, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq

İyunun 29-da Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir. Cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi gözlənir. Gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anormal isti hava şəraiti davam edəcək. 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənir.

Azərbaycanın rayonlarında isə temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcəyə kimi yüksələcəyi təxmin edilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG