Accessibility links

Mir Şahin Ağayevdən MTRŞ-a sual: 10 milyon manatı hara xərcləmisiniz?


ANS-də mətbuat konfransı
ANS-də mətbuat konfransı

“ANS MTRŞ-dan sadəcə bir hesabat istəyir -10 milyon manatı hara xərcəmisiniz?”. Bu barədə ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Hesabat” analitik-informasiya proqramının bir ay müddətinə bağlanması barədə qərarına münasibət bildirərəkən deyib.

O yanvarın 22-də keçirdiyi mətbuat konfransında deyib ki, MTRŞ fəaliyyəini ANS-i qarabaqara izləməyə yönəldib.

“MTRŞ bizə qarşı qərəzlidir və qərarlar ölkədə senzuranın canlanmasına yönəlib. MTRŞ-nın qərarı söz azadlığı və demokratiyaya zərbədir. Azərbaycan hökumətinin siyasətinin əleyhinə yönəlib”, o qeyd edib.

Ağayev MTRŞ-nin ANS-ə qarşı çoxsaylı qadağanedici qərarlar qəbul etməsinin səbəblərindən danışarkən deyib ki, Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb.

“Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-a suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı. İndi biz MTRŞ-dən yenə soruşuruq, - büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və başqa suallar verməkdə davam edəcəyik”, o qeyd edib.

Baş direktor ANS şirkətinin qanunvericiliyə əməl etdiyini və “Hesabat”ın bir ay efirə verilməyəcəyini deyib.

“Bununla yanaşı hüququn imkan verdiyi qaydada hüquqlarımızı müdafiə edəcəyik. MTRŞ-i məhkəməyə verəcəyik. Məhkəmə qanun daxilində qərar qəbul etməsə, Avropa Məhkəməsinə şikayət verəcəyik. Amma, ümid edirəm Azərbaycan məhkəməsi haqqı müdafiə edəcək. Eyni zamanda, hissiyatım deyir ki, siyasi rəhbərlik tez bir zamanda verilişin bərpası üçün MTRŞ-nin qərarının dəyişməsi barədə tövsiyəsini verəcək”, Ağayev bildirib.

ANS-in hüquqşünası Sevda Məhərrəmova deyib ki, onu MTRŞ-in iclasına çağırəblar.

“Lakin biz ora çatanda məlum oldu ki, Şura artıq qərarı çoxdan qəbul edib. Biz haqlı iradlarımızı bildirdik. Buna baxmayaraq, dinləyən olmadı. Bizi iclasdan qovdular. Soruşduq ki, bizi qovursunuz? Dedilər ki, hə qovuruq", o qeyd edib.

Mir Şahin Ağayev ANS-in MTRŞ-ə qarşı 43 məhkəmə prosesinin olduğunu da diqqətə çatdırıb.

“Bu məhkəmə proseslərinin hamısı MTRŞ-nın verdiyi qərarlarla bağlıdır. Onlardan sadəcə, birini udmuşuq. Bəziləri isə hələ də davam edir. Biz bilirik ki, Azərbaycan məhkəmələrində problemlər var. Amma həm də əminik ki, ədalətli hakimlər də var”, baş direktor bildirib.

Ağayev MTRŞ-in ANS-lə bağlı qərarlarının arxasında “böyük kölgənin” durması barədə fikirlərin doğru olmadığını önə çəkib. Baş direktor MTRŞ-nin üzvlərinin hamısnın bu qərarları müdafiə etməsinin məntiqinə də varmayıb.

O parlamentin icra strukturlarına televiziyalara qarşı sanksiyalar tətbiq edilməsi barədə Milli Məclisin qanuna etdiyi dəyişikliyə yenidən baxılmasına tərəfdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG