Accessibility links

Antarktidanın imperator pinqvinləri azalır


Antarktidanın imperator pinqvinləri azalır
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Britaniyanın Antarktida Araşdırmaları Mərkəzinin alimləri Antarktidanın imperator pinqvinlərinin yaşadığı ikinci ən böyük ərazinin demək olar ki, boş olduğunu deyirlər.

2016-cı ilə qədər Antarktidanın Halli Buxtası imperator pinqvinlərinin ən çox məskunlaşdığı bölgə idi. Sayı 15 mindən 24 min arasında olan bu quşlar bir il ərzində ərazini tərk edib və bir də geri dönməyib. Britaniyanın Antarktida Araşdırmaları Mərkəzinin alimləri bunun səbəbini öyrənə bilib. Piter Fritvell: “Pinqvinlərin dəniz səthində yumurta qoyaraq, bala verdiyi buzlar bu mövsüm tez əriyib.”

Okeanın səthindəki buz örtüyü suyun qızmasına səbəb olan güclü El-Nino sayəsində əriyib. Bəs oradakı pinqvinlərə nə olub? “Biz Hallidəki pinqvinlərin getdikcə azaldığını müşahidə edirik. 50 km-lik cənub bölgədə onların sayı artır. Halli Beyi böyük pinqvinlərin demək olar ki, yarısı tərk edib. Və onlar cənubda çoxalır" - deyə, Piter Fritvell bildirir.

Piter Fritvell bunun yaxşı xəbər olduğunu, pinqvinlərin sürətlə dəyişən iqlimə uyğunlaşdıqlarını və belə görünür getdikcə də uyğunlaşmalı olduqlarını deyir. “Biz El-Nino kimi istiləşmələrin, yəni iqlim dəyişikliyinin daha da güclənəcəyini proqnozlaşdıra bilə və bu cür hadisələrin daha çox şahidi olacağıq".

Yalnız təkcə Halli yarımadasındakı buzlar ərimir, bütün qitə təhlükə qarşısındadır. “Hazirda biz yalnız Antarktida yarımadasının sürətlə istiləşdiyini görürük. Bütün Antarkdida deyil, hələlik yalnız bir hissəsinin. Biz çox yerdə buzların əridiyini və El-Ninonun daha da gücləndiyini görürük.”

Bu isə o deməkdir ki, əgər bu bölgədə istiləşmə davam edərsə, əsrin sonunadək imperator pinqvinlərinin sayı 20 faizə qədər azala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG