Accessibility links

ABŞ və Britaniya London sammitində “korrupsiya epidemiyasını” pisləyib


Dünya ölkələrinin liderləri və diplomatlar Londonda bir araya gələrək, “korrupsiya epidemiyası”na qarşı mübarizə aparmağa söz verib.

Cümə axşamı günü Londonda anti-korrupsiya sammitini açan Britaniyanın Baş naziri Deyvid Kameron rüşvətin qlobal miqyasda yayılmış xərçəng olduğunu deyib.

“Korrupsiya bəlası dünyanın hər bucağına gedib çatıb. Bu, iqtisadi qeyri-müəyyənlik və yoxsulluqdan tutmuş, radikallaşma və ekstremizmə qədər hazırkı təhlükələrə qədər bizim qarşılaşdığımız ən ümdə problemlərin əsasında durur”-də baş nazir Kameron bildirib.

ABŞ Dövlət katibi Con Kerri korrpusiyanın bu gün dünyada epidemiya halı alaraq, hətta ən zəngin ölkələrə belə yayıldığını deyib. O xəbərdarlıq edib ki, hökumətlərin bu praktikaya son qoymaması ölkələrdə iğtişaşlarla nəticələnə bilər.

“Bu gün dünyada müşahidə etdiyimiz ekstremizm sistemin saxtalaşdırıldığını düşündüklərinə görə insanlarda yaranmış qəzəbdən qaynaqlanır. Biz görürük ki, bu qəzəb özünü biz də daxil olmaqla dünya ölkələrində müxtəlif seçki proseslərində özünü müxtəlif formalarda təzahür etdirir”-deyə Amerikanın baş diplomatı bildirib.

Sammitin məqsədi cəmiyyətin bütün səviyyələrində korrupsiyanın üzə çıxarılması, ifşası və kökünün kəsilməsi üçün qlobal səylərin gücləndirilməsindən ibarətdir.

Sammitdə diqqət təkcə dünyanın inkişaf etməkdə olan ölkələri deyil, zəngin ölkələrində də şəffaflıq məsələsinə yönəldiləcək. Bu, dünyanın zəngin və nüfuzlu şəxslərinin pullarını necə və harada gizlətdiyinə dair Panama Sənədlərində məlumat bazasının açıqlaması ilə əlaqədardır.

Panama Sənədlərində az sayda amerikalının adı çəkilib. Lakin Birləşmiş Ştatlarda anti-korrupsiya fəalları biznes şirkətlərinin gizli şəkildə Delaver, Nevada və Vayominq kimi ştatlarda vergidən yayınması və çirkli pulların yuyulması praktikasına imkan verilməsini narahatlıq doğuran əsas məsələ hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG