Accessibility links

Pakistanda poliomielit əleyhinə peyvənd məntəqəsinə hücum edilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, silahlı şəxslər poliomielit əleyhinə peyvənd məntəqəsində işçilərə atəş açaraq azı beş nəfəri öldürüb. Polis bu gün liman şəhəri olan Karaçidə baş verən silsilə hücumlar nəticəsində təxminən üç nəfərin həlak olduğunu deyib. Şimal-qərbi Pişəvər şəhərində isə buna bənzər hadisədə bir nəfər həlak olub, bir neçə tibb işçisi yaralanıb.

Rəsmilərin sözlərinə görə, beşinci tibb işçisi dünən Karaçidə güllələnib. Təhqiqatçılar hücumların əksəriyyətinin silahlı motosikletçilər tərəfindən həyata keçirildiyini deyirlər.

Hadisəyə görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb.

Taliban bundan əvvəlki poliomielit-əleyhinə peyvənd kampaniyalarını casusluq qiafəsi adlandıraraq kampaniyanın fəaliyyətini pisləyib.

Yaraqlı qrup pakistanlı həkim hepatit peyvənd kampaniyası adı altında ABŞ kəşfiyyat agentlərinə yardım etdiyinə görə həbs edildikdən sonra tibbi proqramlar əleyhinə çıxış etməyə başlayıb. Saxta hepatit peyvənd proqramı o zaman axtarışda olan əl-Qaidə lideri Osama Bin Ladenin yerini müəyyən etmək məqsədi daşıyırdı.

Bəzi yaraqlılar peyvəndin özünün də sağlamlığa mənfi təsir etdiyini deyib. Sindhi vilayətinin səhiyyə naziri baş vermiş hadisə ilə əlaqədar bu gün Karaçı regiyonunda poliomielit-əleyhinə peyvənd kampaniyasını dayandırıb.
XS
SM
MD
LG