Accessibility links

Anti-vaksin hərəkatı uşaqların sağlamlığına hədədir [Video]


Anti-vaksin hərəkatı uşaqların sağlamlığına hədədir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

15 il öncə vaksin sayəsində ABŞ-da qızılca halları tamamən yoxa çıxdı. Lakin indi bir çox amerikalı həkim bunun dəyişəcəyindən narahatdır, çünki bir çox valideyn uşaqlarına peyvənd vurulmasının əleyhinədir.

Yəmən höküməti ilə Ümumdünya Səhiyyə Təşkilatı bu il beş milyon uşağa poliomelitə qarşı peyvənk vurmaq istəyir. Amma ABŞ-da bəzi valiyendlər bu peynvəndi vurdurmamağı seçir.

Ötən gün 2 və ya 2 yaş yarımlıq gözəl bir uşaq peyvənd olundu və bir həftə sonra qızdırması qalxdı və çox xəstələndi, indi isə həmin uşaqda autizm var.
Donald Tramp

“Burada, Texasda baş verənlər narahatlıq doğurur,” deyə Dr. Piter Hotez Amerikanın Səsinə Skype vasitəsilə bildirir. Texasda baş verənlər aktiv anti-peyvənd hərəkatıdır.

“Hərəkat çox yaxşı təşkil olunub. Belə ki, hazırda Texasda 50 min uşağa ailələri peyvənd vurdurmur,” deyə o bildirir.

Hotez və digər həkimlər narahatdır ki, ABŞ-da çox nadir hallarda görünən və qarşısı alınan xəstəliklərə yenidən rast gəlmək mümkün ola bilər. Xüsusilə də, onlar kəskin yoluxucu, bəzən hətta ölümlə nəticələnən və ya insanı çox zəiflədən xəstəlik olan qızılcadan narahatdırlar.

Həkimlər deyir ki, vaksinlərə şübhə ilə yanaşan valideynlər bir çox məşhur insandan, hətta prezident Donald Trampdan vaksinlərlə bağlı yanlış məlumatlar əldə edirlər. Prezident seçkisindən öncə, Respublikaçıların debatı zamanı namizəd Tramp vaksindləri autizmlə əlaqələndimişdi.

“Ötən gün 2 və ya 2 yaş yarımlıq gözəl bir uşaq peyvənd olundu və bir həftə sonra qızdırması qalxdı və çox xəstələndi, indi isə həmin uşaqda autizm var,” deyə Donald Tramp bildirib.

Amma Hotez peyvəndlə autizm arasında heç bir əlaqənin olmadığını bildirir.

“Mən vaksinlər üzrə mütəxəssisəm. Mən gözardı edilən tropik habelə yoxsulluqla əlaqəli olan xəstəliklər üçün peyvənd hazırlayıram. Mən də bir valideynəm. Mənim autizmi və digər əqli çatışmazlıqları olan yetişkin qızım var. Bir çox araşdırma nəticələri isə artıq göstərir ki, autizmi olan uşaqların beyinlərinin nevroloji durumu hamiləlik dövründə, onlara peyvənd vurulmadan öncə dəyişir," Hotez deyir.

Hotez narahatdır ki, gələcəkdə ABŞ-da yenidən qızılca kimi ölümcül xəstəliklərə rast gəlmək olar. O həmçinin bu hərəkatın Hindistan, Çin və Nigeriya kimi əhalisi çox olan ölkələrə də yayılacağından narahatdır.

“Mənim ən böyük narahatlığım odur ki, biz anti-vaksin trendinə son qoymasaq, keçmişə geri dönəcəyik,” deyə o bildirir.

XS
SM
MD
LG