Accessibility links

BMT-nin baş katibi İdlibdə humanitar fəlakətin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib


BMT-nin baş katibi Antonio Quterres Suriyanın İdlib vilayətində geniş miqyaslı hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə humanitar fəlakətin ola biləcəyinə dair narahatlığını ifadə edib.

Prezident Bəşar Əsəd hökuməti Rusiyanın köməyi ilə ərazini Əl-Nusra yaraqlılarından təmizləməyi planlaşdırdığını deyib.

Münaqişə nəticəsində evlərindən didərgin düşən yüz minlərlə suriyalı yenidən təhlükəli vəziyyətlə qarşılaşacaqlarından ehtiyat edir.

“Biz qorxmuruq. Biz onların hücum edəcəklərini düşünmürük. Ona görə ki, onlar hücum edərsə, buraya xaricdən gələn minlərlə döyüşçü tərəfindən dərhal cavablarını alacaqlar. Allaha şükür burada çox sayda adam var” – deyə suriyalı qaçqın Əli Əbu Məhəmməd bildirib.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik deyib ki, baş katib dərhal müraciətlə çıxış edərək Suriya hökuməti və digər bütün tərəfləri təmkinli olmağa və mülkü vətəndaşların qorunmasını prioritetləşdirməyə çağırıb.

ABŞ kimyəvi silahlardan istifadə də daxil olmaqla İdlibdə münaqişənin gərginləşməsinə görə Əsəd hökuməti və Rusiyanı cavabdeh tutacağı ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG