Accessibility links

Apellyasiya Məhkəməsi fəalların şikayətini təmin etməyib


Emil Səlimov və Rəfael Hüseynov Apellyasiya Məhkəməsinə gətirilir
Emil Səlimov və Rəfael Hüseynov Apellyasiya Məhkəməsinə gətirilir

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovun və hakim Kamran Əkbərovun sədrliyi ilə fəal Rəfael Hüseynovun inzibati həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Emil Səlimov yanvarın 19-da Bakıda keçirilən mitinq ərəfəsində saxlanılaraq 20 sutka, Rafael Hüseynzadə isə yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərkən saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Hər iki fəal İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Fəallar ittihamı qəbul etmir, sifariş hesab edir.

AXCP-nin məlumatına görə, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqə hazırlıq dövründə və mitinqdən sonra 50 nəfərə yaxın siyasi fəal saxlanılıb. Ümumilikdə 29 fəal inzibati həbsə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG